Korporativ satış üzrə Təcrübə Proqramı
İş barədə məlumat:
“Brand Media Groups” MMC şirkəti 10 ildən artıq ki, reklam sahəsində fəaliyyət göstərir. Bu illər ərzində yüzdən artıq yerli və xarici brendlərin öz məhsul və xidmətlərini irəlilətməsində dəstək olan şirkət davamlı olaraq cəlbedici reklam məkanlarını müəyyən etmək və reklam yayımını həyata keçirtməkdədir. Bakı və Abşeron üzrə 200-dən artıq açıq və daxili məkanda reklam yerləri təqdim edən şirkət davamlı olaraq reklam məkanlarını monitorinq etməsi ilə seçilir.
“Brand Media Groups” MMC olaraq, korporativ satış üzrə təcrübə qazanmaq istəyən və bu sahədə peşəkar bacarıqlarını inkişaf etdirmək arzusunda olan gəncləri ödənişli təcrübə proqramımıza dəvət edirik. Bu proqram iştirakçılara real iş mühitində təcrübə qazanmaq və peşəkar inkişaf üçün dəyərli imkanlar yaratmaq məqsədi daşıyır.
Məlumat:
- Proqram müddəti: 3-6 ay (full-time və ya part-time).
- İş qrafiki: Həftədə 5 gün, 9:00 - 18:00 (dəyişə bilər).
Təcrübə proqramında keçirilən mövzular:
- Korporativ satış üzrə ümumi biliklər;
- Bazar araşdırılması aparılması üçün müvafiq təyinatların verilməsi;
- Korporativ satış üzrə müqavilə və sənədlərin hazırlanması;
- Müştərilərlə düzgün danışıqların aparılması metodları;
- Ödənişlərin edilməsi üçün müştərilərə müraciət formaları;
- Özünə inam və müştəri cəlb etmə texnikaları;
- Qiymət təkliflərinin hazırlanması;
- Məlumat bazasının tərtibatı;
- Müştərilərlə daimi əlaqə metodları;
- Potensial müştərilərin tapılma texnikası;
- Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeydiyyatı;
Namizədə tələblər:
Təcrübə proqramında namizədlərdən tələblər:
- Ali təhsil və ya sahə üzrə yüksək maraq
- Microsoft Office (xüsusilə Excel) ilkin biliklər;
- Komanda işində fəal iştirak etmək və tətbiq etmə bacarığı.
- Azərbaycan və Rus diləri mükəmməl, İngilis dili bilikləri üstünlükdür.
- Səbirli, məsuliyyətli və öyrənməyə həvəsli olmaq.
Proqramın üstünlükləri:
- Ödənişli təcrübə: Peşəkar inkişafınızı təmin edərkən uğurlu nəticə sonrası əmək haqqı qazanma imkanı.
- Peşəkar təlim və mentorluq: Təcrübəli mütəxəssislərlə birbaşa əməkdaşlıq və təlimlər.
- Geniş karyera imkanları: Təcrübə proqramını müvəffəqiyyətlə başa vuran namizədlərin işlə təmin olunması ehtimalı yüksəkdir.
- Sertifikat: Təcrübə proqramını bitirdikdən sonra müvafiq sertifikat veriləcək.
- Geniş iş şəbəkəsi: Şirkət daxilində müxtəlif şöbələrdə tanışlıqlar və şəbəkə qurma imkanı.
Müraciət üçün son tarix: 05.02.2025
Qeyd: Təcrübə proqramına müraciət edənlər yalnız seçilən namizədlərə cavab veriləcək. Əlavə məlumat və suallar üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
“Brand Media Groups” MMC
Gələcəyinizi qurmağa başlamaq üçün ilk addımınızı atın!