Proqram təminatının yoxlayıcısı (QA Tester)
İş barədə məlumat:
- Proqram təminatının keyfiyyətini təmin etmək üçün manual və avtomatlaşdırılmış testlərin aparılması
- Test ssenarilərinin hazırlanması və icrası
- Mövcud olan bug və problemlərin aşkar edilməsi, onların sənədləşdirilməsi
- Test nəticələrinin analiz edilməsi və hesabatların hazırlanması
- Tərtibatçılar və məhsul menecerləri ilə əməkdaşlıq edərək keyfiyyət standartlarının təmin edilməsi
- Avtomatlaşdırılmış test framework-lərin qurulması və inkişaf etdirilməsi
- Müxtəlif cihazlarda və əməliyyat sistemlərində tətbiqlərin test edilməsi
- Performans testlərinin keçirilməsi və məhsulun yüklənmə dayanıqlığının yoxlanılması
- Məhsulun biznes tələblərinə uyğunluğunun yoxlanılması
- İş qrafiki: 5 günlük iş qrafiki (09:00-18:00)
- Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq
Namizədə tələblər:
- QA və ya sınaq sahəsində ən azı 2 il iş təcrübəsi
- Manual və avtomatlaşdırılmış testlər üzrə təcrübə
- Test prosesləri və metodologiyaları haqqında dərin biliklər
- Bug-tracking sistemləri (Jira, Bugzilla və s.) ilə işləmək təcrübəsi
- Testlərin sənədləşdirilməsi və hesabat hazırlamaq bacarığı
- SQL üzrə əsas biliklər
- Selenium, Postman, JMeter və ya digər test alətləri ilə işləmə bacarığı
- API testlərinin aparılması üzrə təcrübə
- Agile/Scrum metodologiyaları ilə işləmə təcrübəsi
- Test avtomatlaşdırılması üçün ən azı bir proqramlaşdırma dili üzrə biliklər (Python, Java və ya C#)
- Performans və stress test alətləri ilə işləmək bacarığı