PR və Marketinq meneceri

"Global Management "MMC
Razılaşma yolu ilə

İş barədə məlumat:

PR və Marketinq Meneceri Global Management-i və media partnyorumuzun televiziya proqramlarını və şəbəkəsini tanıtmaq üçün strateji PR və marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsinə cavabdeh olacaq. Daxili komandalarla koordinasiyanı, media əlaqələrini idarə etməyi, izləyicilərin sayını və onların brend əlaqəsini artırmaq üçün rəqəmsal marketinq strategiyalarından istifadə etməyi əhatə edir.

1.    PR strategiyalarını hazırlamaq və icra etmək

•     TV proqramlarını, xüsusi tədbirləri və şəbəkələşməni təşviq etmək üçün hərtərəfli PR planları yaratmaq və həyata keçirtmək

•     Əsas media nümayəndələri, influenserlərlə və sənayedəki maraqlı tərəflər ilə əlaqələr qurmaq və bu əlaqələri inkişaf elətdirmək

•     Media işıqlandırılmasını təmin etmək üçün cəlbedici press-relizlər, media çıxışları və digər PR materialları hazırlamaq

2.    Marketinq kampaniyalarını idarə etmək

•     TV, rəqəmsal və sosial media platformalarında inteqrasiya olunmuş marketinq kampaniyalarını planlaşdırmaq və həyata keçirmək

•     Treylerlər, posterlər və sosial media platformaları daxil olmaqla, cəlbedici məzmun hazırlamaq üçün yaradıcı qruplarla əməkdaşlıq etmək

•     Kampaniya performansına nəzarət etmək və nəticələri optimallaşdırmaq üçün strategiyaları tənzimləmək

3.    Media ilə əlaqələr

•     Media və müsahibə sorğuları üzrə əsas məsul şəxs qismində kimi çıxış etmək

•     Mətbuat konfransları, media turları və digər tanıtım tədbirlərini təşkil etmək və idarə etmək

•     Rəhbər heyət üçün mətbuat çıxışları və müsahibələr hazırlamaq

4.    Rəqəmsal marketinq və sosial media marketinq

•     İzləyicilərin cəlb edilməsini artırmaq və brendə sadiqlik yaratmaq üçün sosial media strategiyalarını hazırlamaq və həyata keçirmək

•     TV-nin sosial media hesablarını idarə etmək, ardıcıl və brend mesajlaşmasını təmin etmək

•     Sosial media tendensiyalarını izləmək və marketinq səylərini artırmaq üçün yeni fikirlərdən istifadə etmək

5.    Analitika və hesabat

•     Müxtəlif ölçülər və analitik vasitələrdən istifadə etməklə PR və marketinq kampaniyalarının effektivliyini izləmək və təhlil etmək

•     Əsas nailiyyətləri və təkmilləşdirilməli sahələri işıqlandıraraq, rəhbərlik üçün müntəzəm hesabatlar hazırlamaq

•     Gələcək PR və marketinq strategiyalarını məlumatlandırmaq üçün datadan istifadə etmək

6.    Əməkdaşlıq və koordinasiya

•     PR və marketinq səylərini biznes məqsədlərinə uyğunlaşdırmaq üçün bütün departamentlərlə sıx əməkdaşlıq etmək

•     Birgə marketinq təşəbbüslərini həyata keçirmək üçün xarici agentliklər və tərəfdaşlarla əlaqələr yaratmaq

•     Büdcələri idarə etmək və resurslardan səmərəli istifadəni təmin etmək

Namizədə tələblər:

•     Marketinq, kommunikasiya, ictimaiyyətlə əlaqələr və ya digər əlaqəli sahələrdə bakalavr dərəcəsi

•     5+ il PR və marketinq sahəsində təcrübə (televiziya və ya əyləncə sahəsində olması üstünlükdür)

•     Uğurlu media əlaqələri və marketinq kampaniyalarında sübut edilmiş təcrübə

•     Rəqəmsal marketinq və sosial media platformaları haqqında ətraflı anlayış

•     Əla yazılı və şifahi ünsiyyət bacarıqları

•     Təzyiq altında işləmək və eyni vaxtda bir neçə layihəni idarə etmək bacarığı

•     Güclü problem həll etmə bacarığı ilə kreativ yanaşma

•     Marketinq analitika alətləri və proqram təminatı üzrə bacarıqlar

Üstünlük verilən bacarıqlar:

•     Yüksək səviyyəli televiziya proqramları və ya şəbəkələr üçün PR və marketinqin idarə edilməsi üzrə təcrübə

•     Media istehsalı və yayımı haqqında biliklər

•     CRM proqram təminatı və marketinq avtomatlaşdırma vasitələri ilə tanışlıq

Şəxsi məlumat