SƏTƏMM mütəxəssisi

Global Management
Razılaşma yolu ilə

İş barədə məlumat:

•    "Global Media Group" şirkətlər qrupuna daxil olan müəssisələrdə SƏTƏMM (Səhiyyə, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) proseslərinə ümumi nəzarətin olunması;
•    Tərkibdəki şirkətlərin SƏTƏMM üzrə məsul şəxslərinin fəaliyyətinin koordinasiya edilməsi, işlərinə nəzarət olunması və müntəzəm monitorinqlərin keçirilməsi;
•    SƏTƏMM sahəsi üzrə daxili qayda, təlimat və prosedur layihələrinin hazırlanması, yenilənməsi və tətbiqinə nəzarət;
•    Risklərin qiymətləndirilməsi prosesində iştirak və önləyici tədbirlər planının hazırlanması;
•    Əməyin mühafizəsi və təhlükəsizlik texnikası standartlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun təmin edilməsi;
•    Baş verə biləcək bədbəxt hadisələrin və insidentlərin araşdırılması, səbəblərinin təhlili və təkrar olunmaması üçün təkliflərin verilməsi;
•    Rəhbərliyə SƏTƏMM üzrə dövri hesabatların hazırlanması və təqdim olunması.
 

Namizədə tələblər:

  • Təhsil: Fövqəladə hallar, həyat fəaliyyətinin təhlükəsizliyi, ekologiya və ya əlaqədar əsas (müvafiq) sahə üzrə ali təhsil mütləqdir;
  • İş təcrübəsi: SƏTƏMM sahəsində minimum 2 il iş təcrübəsi;
  • Xüsusi tələb: Hərbi sistemi, hərbi intizam və təhlükəsizlik qaydalarını bilən namizədlərə üstünlük veriləcəkdir;
  • Sertifikatlar: SƏTƏMM üzrə beynəlxalq və ya daxili sertifikatların (NEBOSH, IOSH və s.) olması arzuolunandır;
  • Qanunvericilik bilikləri: AR Əmək Məcəlləsi və əməyin mühafizəsi üzrə normativ-hüquqi aktları mükəmməl bilməli;
  • Səriştələr: Yüksək təşkilatçılıq və analitik təhlil bacarığı, prinsipiallıq, nəzarətetmə və komanda ilə işləmə qabiliyyəti.