ERP Mobil tətbiq üzrə proqramçı
İş barədə məlumat:
• Mövcud ERP sistemi ilə inteqrasiya olunmuş mobil tətbiqlərin (iOS və Android) sıfırdan hazırlanması və təkmilləşdirilməsi
• ERP modullarının (anbar, satış, təchizat, maliyyə, HR) mobil versiyalarının arxitekturasının qurulması
• RESTful API / GraphQL vasitəsilə server və məlumat bazası ilə təhlükəsiz məlumat mübadiləsinin təmin edilməsi
• İnternet bağlantısı kəsildikdə tətbiqin offline rejimdə işləməsi və bağlantı bərpa olunduqda məlumatların avtomatik sinxronizasiyasının qurulması
• Barkod/QR-kod skanerləri, Bluetooth printerlər və mobil POS terminalları kimi xarici cihazların tətbiqə inteqrasiyası
• Kodun optimallaşdırılması, texniki xətaların (bug) aradan qaldırılması və tətbiqin yüksək performansının təmin edilməsi
• Hazırlanmış tətbiqlərin App Store və Google Play Store platformalarında yerləşdirilməsi və yenilənmə prosesinin idarə olunması
• Biznes analitiklər və UI/UX dizaynerlər ilə koordinasiyalı şəkildə işləmək
Namizədə tələblər:
- Kompüter elmləri, proqram təminatı mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil
- Mobil tətbiqlərin hazırlanması üzrə minimum 2-3 il peşəkar iş təcrübəsi
- Flutter (Dart) və ya React Native platformalarından ən azı birində dərindən biliklər (Cross-platform arxitekturasına bələd olmaq)
- ERP, CRM, POS və ya böyük həcmli biznes tətbiqlərinin hazırlanmasında təcrübə
- State Management (Bloc, Provider, Redux və s.) alətləri ilə sərbəst işləmək bacarığı
- Lokal verilənlər bazaları (SQLite, Room, Realm, Hive və s.) və Offline-first prinsipləri üzrə təcrübə
- RESTful API, JSON, WebSocket və şəbəkə təhlükəsizliyi (JWT, OAuth) üzrə praktiki biliklər
- Git versiya idarəetmə sistemi ilə işləmə bacarığı
- Clean Architecture, SOLID prinsipləri və təmiz kod yazma standartlarına bələdlik
- Komandada işləmək, analitik düşünmə və texniki problemləri operativ həll etmə bacarığı