Texnik üzrə məsul şəxs

Baku TV
Razılaşma yolu ilə

İş barədə məlumat:

  • Televiziya yayımı, veriliş və canlı yayım əməliyyatları üçün tələb olunan texniki infrastrukturun planlaşdırılmasını, qurulmasını və davamlı fəaliyyətini təmin etməK.
  • Çəkiliş və canlı yayımlardan əvvəl avadanlıqların yoxlanılmasını həyata keçirmək.
  • Studiyada texniki quraşdırma və sökülmə işlərini təşkil etmək.
  • Texniki nasazlıqları operativ şəkildə aradan qaldırmaq və ya aidiyyəti əməkdaşlara yönləndirmək.
  • Çəkiliş və yayımlar zamanı texniki proseslərə nəzarət etmək
  • Avadanlıqların düzgün istismarı və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
  • Texniki inventarın uçotunu aparmaq və mühafizəsinə nəzarət etmək.
  • Texniki infrastrukturun müntəzəm yoxlanılmasını həyata keçirmək, mümkün nasazlıq, kəsinti və risklərə qarşı qabaqlayıcı tədbirlər görmək.
  • Birbaşa rəhbəri tərəfindən verilən və vəzifə sahəsinə aid olan digər tapşırıq və öhdəlikləri yerinə yetirmək.

Namizədə tələblər:

·  Ali və ya orta ixtisas təhsili (texniki sahə üzrə üstünlükdür).

·  Televiziya, yayım və ya multimedia sahəsində minimum 3-5 il iş təcrübəsi.

·  Kamera, işıq, səs və digər studiya avadanlıqlarının iş prinsiplərini bilmək.

·  Televiziya yayım və çəkiliş prosesləri haqqında biliklərə malik olmaq.

·  Kompüter və ofis proqramlarından istifadə bacarığı.

·  Məsuliyyətli, intizamlı və operativ işləmə bacarığı.

·  Komanda ilə işləmək və koordinasiya qurmaq bacarığı.

·  Gərgin iş rejimində və canlı yayım şəraitində işləmək bacarığı.

·  Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilmək.